"Müsavat Partiyası Avropaya bir nəfər də göndərməyib" - Arif Hacılı
19 noyabr 2019 13:58 (UTC +04:00)

"Müsavat Partiyası Avropaya bir nəfər də göndərməyib" - Arif Hacılı

"Qəzetlərdə yazırlar ki, 13 min adam Müsavat Partiyası tərəfindən Avropaya göndərilib. Bu, ağ yalandır. İndiyə qədər Müsavat Partiyası tərəfindən Avropaya bir nəfər də göndərilməyib".

APA-nın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Müsavat başqanı Arif Hacılı deyib.

O bildirib ki, Müsavat Partiyasının rəhbərliyinə qarşı uzun müddətdir ki, ittihamlar irəli sürülüb: "Bir neçə ildir ki, partiyaya qarşı mühacir mövzusunda kampaniya aparılır. Respublika Prokurorluğunda bu məsələ ilə bağlı cinayət işi başlanılıb. Həmin cinayət işi cərcivəsində məndən başqa İsa Qəmbər, Gülağa Aslanlı, AXCP sədri Əli Kərimli və s. dindirilib. “Yeni Müsavat” qəzeti bizə qarşı uzun müddətdir ki, bu kampaniyanı aparır”.

Müsavat başqanı bildirib ki, partiya mühacirətə getmək istəyən üzvlərini bu addımı atmamağa çağırıb: “Biz Avropada olan 200-dən az müsavatçının yalnız partiya üzvü olduğunu bildirmişik. Bunu da rəsmi sorğulara cavab verərkən qeyd etmişik. Həmin şəxslərin vəkilləri və nümayəndələri rəsmi qaydada bizə müraciət edəndə biz araşdırıb, onların sorğularına cavab vermişik".

# 984
avatar

Oxşar yazılar