Qanunsuz ov edənlər saxlanıldı
18 noyabr 2019 12:51 (UTC +04:00)

Qanunsuz ov edənlər saxlanıldı

Qanunsuz ov edənlər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Ağcabədi rayonu, Taxtakörpü ərazisində qanunsuz ov edən rayon sakinləri T.Süleymanov və Ə.Mirzəyevi Laçın rayon Polis Şöbəsinin əməkdaşları saxlayıblar.

T.Süleymanovun idarə etdiyi “VAZ-21099” markalı avtomobilə baxış zamanı 1 ədəd “İJ-58” markalı və 1 ədəd “Laurona-710” markalı ov tüfəngləri, 34 ədəd patron və 7 ədəd ovlanmış turac quşu aşkar edilərək götürülüb.  

Araşdırma aparılır.

# 708
avatar

Mehman Nəbiyev

Oxşar yazılar