Qadına qarşı daha bir DƏHŞƏT: Arvadını boğub öldürdü
18 noyabr 2019 09:56 (UTC +04:00)

Qadına qarşı daha bir DƏHŞƏT: Arvadını boğub öldürdü

Bakıda ər arvadını öldürüb.

Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb.

Kəlbəcərdə anadan olan Gəncə şəhər sakini, 28 yaşlı Dönməz Cəmşidzadə kirayədə yaşadığı mənzildə həyat yoldaşı Mahmudova Afərim Vidadi qızını gecə saatlarında boğaraq öldürüb. 

D.Cəmşidzadə hadisəni törədəndən sonra Gəncə şəhərinə gedib. O, sonra Gəncə şəhər Baş Polis İdarəsinə həyat yoldaşını öldürdüyü barədə məlumat verib.

Dönməz Cəmşidzadə həyat yoldaşını şəxsi münasibətlər zəminində öldürdüyünü bildirib. Polis əməkdaşları evə baxış keçirəndə mərhumun zorakılıq əlamətləri olan meyiti yataq otağında aşkarlanıb.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb.

# 1033
avatar

Mehman Nəbiyev

Oxşar yazılar