"KamAZ" qəza törətdi, 2 nəfər öldü
18 noyabr 2019 10:01 (UTC +04:00)

"KamAZ" qəza törətdi, 2 nəfər öldü

Giləzidə ölümlə nəticələnən yol qəzası baş verib.

Lent.az-ın məlumatına görə, hadisə dünən 20:10-da Bakı-Quba yolunun Giləzidən keçən hissəsində qeydə alınıb. Giləzi qəsəbə sakini, 40 yaşlı Rəhimov Rahim İntiqam oğlunun idarə etdiyi “KamAZ”la Kərpic zavodun qarşısındakı arakəsmədən keçərkən hərəkətdə olan 28 yaşlı Xaçmaz rayonu, Ciləgir kənd sakini Salamov Hümbət Şayəddin oğlunun idarə etdiyi “Vaz-2107” markalı avtomobili vurub. Zərbə nəticəsində "Jiquli"nin sürücü və 2 nəfər sərnişini xəsarət alaraq Siyəzən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xaçmaz rayonu, Ciləgir kənd sakinləri, 26 yaşlı Salamova Gülnaz Şakir qızı və 31 yaşlı Əliyeva Aksana Gülağa qızı orada ölüblər.

Faktla bağlı araşdırma aparılır.

# 1172
avatar

Mehman Nəbiyev

Oxşar yazılar