Doqquz yaşlı oğlan universitetə qəbul oldu
16 noyabr 2019 19:55 (UTC +04:00)

Doqquz yaşlı oğlan universitetə qəbul oldu


Belçikadan olan 9 yaşlı vunderkind uşaq tezliklə elektrotexnika ixtisası üzrə bakalavr olacaq. 

Lent.az Lenta.ru-ya istinadla xəbər verir ki, Loran Simonsun valideynləri onun himayəsində olduğu babası və nənəsinin anomalcasına tez hər şeyi qavramasına inanmayıblar. Ancaq oğlan məktəbə gedəndə onlar başa düşüblər ki, baba və nənə heç nəyi şişirtməyiblər. Müəllimlər biliyinin nə qədər dərin olduğunu öyrənmək üçün oğlana müxtəlif siniflər səviyyəsində olan  testlər veriblər və o bütün tapşırıqların öhdəsindən yüksək səviyyədə gəlib. 

Vunderkind hazırda Eynhovendəki Texnologiya universitetində elektrotexnika üzrə təhsil alır. Müəllimlər Simonsu “sadəcə inanılmaz” adlandırır – o, dekabr ayında bakalavr dərəcəsi alacaq. 

Loran sonradan elektotexnika üzrə doktorluq dərəcəsi almaq və “bir az da tibb sahəsini öyrənmək” istəyir.  Ona bütün dünyanın ən nüfuzlu universitetlərində təhsil alması təklif olunur. Doktorluq dərəcəsini haradan almağı isə özü müəyyənləşdirəcək. O, bundan əvvəl tətilini keçirmək üçün Yaponiyaya gedəcək. 

İnanılmaz bacarığına baxmayaraq, Sominsun valideynləri onun istirahət etməyə və həyatdan zövq almağa vaxt ayırmasına cəhd edirlər. O, öz həmyaşıdları kimi iti ilə oynamağa və telefonda müxtəlif oyunlara vaxt ayırmağı çox xoşlayır. 

# 5612
avatar

Oxşar yazılar