Borclu kimi axtarılırdı, dələduzluğa görə tutuldu
15 noyabr 2019 19:45 (UTC +04:00)

Borclu kimi axtarılırdı, dələduzluğa görə tutuldu

Bakıda dələduzluq edən şəxs saxlanıldı.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə. Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Q.Umarova bu ilin avqust ayında Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş P.Əliyevin onu aldadaraq 15 min manatını aldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən P.Əliyev saxlanılıb.

Onun borclu şəxs qismində axtarışda olması da müəyyən edilib.

# 1221
avatar

Mehman Nəbiyev

Oxşar yazılar