Qış mövsümü başladı, bəs istilik?: "Günün sonuna kimi ..." - RƏSMİ
15 noyabr 2019 14:00 (UTC +04:00)

Qış mövsümü başladı, bəs istilik?: "Günün sonuna kimi ..." - RƏSMİ

Xəbər verdiyimiz kimi, bu il istilik mövsümü respublikanın dağ və dağətəyi rayonlarında noyabrın 1-dən başlayıb. Bakı şəhərində və respublikanın digər ərazilərində isə istilik mövsümünün noyabr ayının 15-dən – bu gündən verilməsi planlaşdırılıb.

Bu gün paytaxtda, eləcə də digər şəhərlərdə yaşayan bəzi sakinlər hələ də mənzillərə istiliyin verilməməsini bildiriblər.

Mövzu ilə əlaqədar Lent.az-a açıqlama verən “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev bildirib ki, səhər saatlarından qazanxanaların işə salınmasına başlanılıb:

“Qazanxanaların hamısı eyni anda işə düşə bilməz. Ona görə də həm “Azəriqaz”, həm də bizim qurum tərəfindən tənzimlənmə prosesi gedə-gedə 550 qazanxananın hamısına istilik veriləcək”.

R.Əliyev qeyd edib ki, gün sonuna kimi paytaxtda, eləcə də respublikanın digər ərazilərində bütün qazanxanaların işə salınması nəzərdə tutulub.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycanda qış mövsümü hər il noyabr ayının 15-də başlayır, aprelin 15-də bitir.

# 2117
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar