"Bu gecə Almaniyadan 140 nəfər Bakıya deport edilib" - AÇIQLAMA
15 noyabr 2019 09:39 (UTC +04:00)

"Bu gecə Almaniyadan 140 nəfər Bakıya deport edilib" - AÇIQLAMA

"Bu gecə Almaniyadan 140 nəfər Bakıya deport edilib".

Lent.az xəbər verir ki, bu barədə məlumatı Almaniyada yaşayan azərbaycanlı Həbib Müntəzir öz “Facebook” profilində paylaşıb. O, paylaşdığı məlumatda bu gecə bir təyyarə, yəni 140 nəfər insanın Almaniyadan Bakıya deport edildiyini qeyd edib. Onun sözlərinə görə, deport edilən şəxslər artıq Bakıdadır və onlar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qarşılanaraq sorğu-sual edilib və sonra buraxılıb. Həmçinin Həbib Müntəzir deportasiyanın davam edəcəyini bildirib.

Qeyd edək ki, son iki gün ərzində Almaniyadan 12 azərbaycanlının deportasiya olunduğu bildirilirdi. Onların arasında aşağıdakı insanların olduğu bildirilir:

Geseke şəhərindən Mütəllimov Əfran

Mütəllimova Ülviyyə

Achen şəhərindən müsavatçı Toğrul Məmmədov

Hamm şəhərindən Azər Əliyev, yoldaşı və iki uşağı. 

 Bavariyadan Davudov İmran və ailəsi

Bavariya, Gunzenhausen şəhərindən Müsavat AKM üzvü Taryel Rüstəmov.

# 8454
avatar

Mehman Nəbiyev

Oxşar yazılar