Bakıda erməni kilsəsi dövlət tərəfindən mühafizə olunur - Komitə sədri
14 noyabr 2019 17:34 (UTC +04:00)

Bakıda erməni kilsəsi dövlət tərəfindən mühafizə olunur - Komitə sədri

 

“Azərbaycan əhalisinin 96 faizini müsəlmanlar təşkil etsə də, digər dini konfessiyalar da azad və sərbəst şəkildə fəaliyyət göstərirlər”.

APA-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Dünya dini liderlərinin II Bakı Sammiti çərçivəsində keçirilən plenar iclasda deyib.

O bildirib ki, Azərbaycanda məscidlərlə bərabər, kilsə və sinaqoqların da tikintisi və təmirinə xüsusi önəm verilir.

M. Qurbanlı qeyd edib ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsinə baxmayaraq, ölkədə yaşayan ermənilərə qarşı heç vaxt ayrı-seçkilik edilməyib: “Ermənilər tarixi Azərbaycan torpaqlarında toponimləri dəyişmək və oradakı dini abidələri özününküləşdirmək siyasəti həyata keçirsələr də, Bakının mərkəzində yerləşən erməni kilsəsi Azərbaycan dövləti tərəfindən mühafizə olunur”.

 

# 1547
avatar

Oxşar yazılar