“Barselona” ilə “Real”ın oyununun vaxtı AÇIQLANDI
13 noyabr 2019 17:39 (UTC +04:00)

“Barselona” ilə “Real”ın oyununun vaxtı AÇIQLANDI

İspaniya La Liqasının X turundan təxirə salınan “Barselona” – “Real” oyununun vaxtı açıqlanıb.

APA-nın məlumatına görə, oktyabrın 26-da keçirilməli olan görüş dekabrın 18-də baş tutacaq.

La Liqa görüşün başlanma vaxtını da müəyyənləşdirib. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Öncədən klublar da matçın bu tarixdə keçirilməsini istəsələr də, La Liqa bununla razılaşmırdı. Yarışın təşkilatçıları həmin gün keçiriləcək İspaniya kubokunun görüşlərinə marağın azalacağını əsas gətirirdi.

Qeyd edək ki, görüş “Nou Kamp” stadionunda keçiriləcək.

# 1411
avatar

Oxşar yazılar