Külli miqdarda narkotik satmaq istəyəndə saxlanıldı
13 noyabr 2019 16:27 (UTC +04:00)

Külli miqdarda narkotik satmaq istəyəndə saxlanıldı

Şəmkir sakinindən külli miqdarda narkotik götürülüb.

DİN-in Mətbuat Xidmətinin Gəncə Regional qrupundan Lent.az-a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış  tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şəmkir rayonu, Dəllər qəsəbə sakini, 31 yaşlı Sənan Əliyev saxlanılaraq  “Lada Priora” markalı avtomobili ilə birlikdə Gəncə şəhər Baş Polis İdarəsinə gətirilib.

Şübhəli şəxsə və avtomobilə baxış keçiriləndə salonundan göy rəngli sellofan torbanın içərisindən 33 ədəd kibrit qutuda qablaşdırılmış formada, ümumi çəkisi 295,5 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq S. Əliyevin Gəncə şəhərində kirayə  yaşadığı mənzilə baxış keçirilib və oradan 8 ədəd ayrı-ayrı sellofan bükümlərdə, ümumi çəkisi 1 kiloqram 21 qram çəkidə qurudulmuş marixuana aşkar edilərək götürülüb. İlkin dindirilmə zamanı o, narkotik maddəni satış məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

 

# 921
avatar

Mehman Nəbiyev

Oxşar yazılar