Evlərdən oğurluq edənlər tutuldu
12 noyabr 2019 18:09 (UTC +04:00)

Evlərdən oğurluq edənlər tutuldu

 


Oğurluq etdiyinə görə tutulmuş N.Vəliyevin ətrafında Binəqədi rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının apardığı əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki evlərin birindən 1000 manat, 300 manat dəyərində qızıl-zinət əşyaları və 1 ədəd DVD aparatı oğurlaması da müəyyən edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Şöbəsi əməkdaşları noyabrın 9-da rayon ərazisindəki evlərin birindən 370 manat və gödəkçə oğurlamaqda şübhəli bilinən Goranboy rayon sakini İ.Zeynalovanı saxlayıblar.

Oğurluq etdiyinə görə tutulan H.Bağırovun ətrafında Suraxanı rayon Polis İdarəsi 31-ci Polis Bölməsi əməkdaşlarının apardığı əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 3 evdən 17.000 manat, 10.050 manat dəyərində qızıl-zinət əşyaları və noutbuk oğurlaması da müəyyən edilmişdir.

 

# 950
avatar

Mehman Nəbiyev

Oxşar yazılar