64 yaşlı azərbaycanlı Rusiyada həlak oldu
12 noyabr 2019 10:27 (UTC +04:00)

64 yaşlı azərbaycanlı Rusiyada həlak oldu

64 yaşlı Azərbaycan vətəndaşı Volqoqrad vilayətinin Kamışıin rayonunda qəza nəticəsində həlak olub. 

Lent.az-ın  “Vısota 102” İnformasiya Agentliyinə istinadən verdiyi məlumata görə, hadisə “Sızran-Saratov-Volqoqrad” yolunda baş verib. 

İdarə etdiyi “Volvo” yük maşınını yolun kənarında saxlayan azərbaycanlı sürücünü Saratov istiqamətindən gələn “Lada Qranta” maşını vurub. Nəticədə o, həlak olub.

 

# 1319
avatar

Oxşar yazılar