2681
02:53
11 Noyabr 2019

Xose Bernardo xəstəxanadan evə buraxılıb, onunla birgə daha bir nəfər bıçaqlanıb - YENİLƏNİB-1

Bıçaq yarası ilə xəstəxanaya çatdırılan aparıcı Xose Bernardo ambulator müalicə üçün xəstəxanadan evə buraxılıb.

APA-nın məlumatına görə, onun onun vəziyyəti qənaətbəxş olub.

Qeyd edək ki, X.Bernardo ilə birgə paytaxt sakini, 1988-ci il təvəllüdlü Rafael Hüseynov da bıçaq xəsarətləri alıb. R.Hüseynova çoxsaylı bıçaq xəsarətləri yetirilib və hazırda vəziyyəti ağır olduğundan 3 saylı Şəhər Klinik Xəstəxanasının Cərrahiyyə şöbəsində müalicəsini davam etdirir. Hər iki yaralının eyni hadisə zamanı bıçaqlandığı bildirilir.

***

01:24

Bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilən Xose Bernardonun vəziyyəti orta ağırdır.

APA-nın məlumatına görə, bu barədə xəstəxananın həkimləri bildirib.

Bildirilib ki, xəstəxanaya sağ saidin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə gətirilən Bernardo cərrahi əməliyyt olunub.

İnsident isə Pirallahıda yerləşən restoranların birində qeydə alınıb.

***

Saat 00:52

Bakının Pirallahı rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə zamanı 1989-cu il təvəllüdlü Bernardo Xose Pabloviç tanıdığı şəxslər tərəfindən bıçaqlanıb.

Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, Azərbaycan vətəndaşı olan Xose Bernardo uzun müddət televiziya proqramlarında, şou-proqramlarında aparıcılıq edib. Hadisənin hansı şəraitdə baş verdiyi isə hələlik məlum deyil.

Dİgər xəbərlər