Goranboyda ağır yol-nəqliyyat qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub.
APA-nın yerli bürosunun məlumatına görə, qəzada ağır xəsarət alan 1957-ci il təvəllüdlü Məmmədova Svetlana Yadulla qızı, 1990-cı il təvəllüdlü Məmmədov Hüseyn Nizami oğlu, 1982-ci il təvəllüdlü Məmmədov İlhamə Nizami qızı bir ailənin üzvləridir.
Qəza zamanı Şəmkir rayon sakini 1960-cı il təvəllüdlü Əliyeva Tamam Məmməd qızı da ağır xəsarət alıb.
17:52
Goranboyda yol-nəqliyyat qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax yolunun Dəliməmmədli şəhərindən keçən hissəsində qeydə alınıb.
Minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində iki qadın, iki kişi ağır yaralanıb.
Faktla bağlı araşdırma aparılır.