"Heç vaxt heç kimsəyə ağız açmaram" - Rəqsanənin qızı
09 noyabr 2019 11:18 (UTC +04:00)

"Heç vaxt heç kimsəyə ağız açmaram" - Rəqsanənin qızı

Müğənni Rəqsanə İsmayılovanın qızı, ifaçı Aysun İsmayılova uşaqlar evində xeyriyyə tədbiri keçirib.

Lent.az-ın məlumatına görə, ifaçı “Show news” a bildirib ki, bu cür tədbirlərə müğənnilər çox qatılmalıdır:

“Həmkarlarımı xeyriyyə tədbirlərinə dəvət edirəm. Çox istərdim ki, qazandığımız pulların bir neçə faizini ora qoyaq. Allah bizə pul yetirirsə, biz də ehtiyacı olan insanlara yardım etməliyik”.

 

Aysun daha sonra deyib ki, həyatda kimsəyə ehtiyac duymur: “Mən heç vaxt heç kimsəyə ağız açmaram. Kimsə mənə görə ağız aça bilər. Çünki onlara ehtiyacım yoxdur. İcazə vermərəm ki, kiminsə qabağında sözüm aşağı salınsın”.

# 2434
avatar

Yalçın UĞUR

Oxşar yazılar