Şokoladlı desert - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi
10 noyabr 2019 15:31 (UTC +04:00)

Şokoladlı desert - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.

Bu dəfə sizi sosial şəbəkədə “Bis-Dus Babayeva” adı ilə məşhur olan səhifəyə istinadla şokoladlı desertin necə hazırlanması ilə tanış edəcəyik.

Tərkibi:

Qatılaşdırılmış süd, şokolad, qoz və sport peçenye.

Hazırlanması:

Peçenye ilə qozu doğrayırıq, üzərinə qatılaşdırılmış süd əlavə edib qarışdırırıq. Sonra yumrulayıb boşqaba yığırıq. Daha sonra qaba qatılaşdırılmış südü əlavə edib, ocağın üstünə qoyuruq. Qatılaşdırılmış süd isinəndən sonra içərisinə şokoladı əlavə edib əridirik. Şokolad tam əriyib südlə qarışdıqdan sonra ocaqdan götürüb soyuduruq. Şokoladı tam soyutmaq lazım deyil ki, bərkiməsin. Daha sonra qaba şokoladı, üzərinə isə peçenyedən hazırladığımız şirniyyatı əlavə edirik. Üzərinə də şokolad əlavə edib zövqə uyğun bəzəyirik. Daha sonra soyuducuya qoyub 2 saat saxlayırıq. Soyuducudan çıxardıqdan sonra servis edirik. 

Nuş olsun!

 

# 1427
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar