Mənzildən kişi meyiti aşkarlandı
08 noyabr 2019 16:33 (UTC +04:00)

Mənzildən kişi meyiti aşkarlandı

Gəncədə evdən meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Lent.az-a verilən məlumata görə, FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Gəncə Regional Məzkəzinin xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1941-ci il təvəllüdlü Səfərəliyev Səfər Cavid oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

# 908
avatar

Oxşar yazılar