Azərbaycanda it dişləyən qadının ağzına iki tikiş qoyulub  - YENİLƏNİB
08 noyabr 2019 13:41 (UTC +04:00)

Azərbaycanda it dişləyən qadının ağzına iki tikiş qoyulub - YENİLƏNİB

İt dişləyən qadına iki dəfə quduzluğa qarşı iynə vurulub.

Göyçay Rayon Mərkəzi Xəstəxanasında Lent.az-a bildirilib ki, 64 yaşlı Surə Əsgərova noyabrın 5-də it dişləməsi ilə əlaqədar xəstəxanaya müraciət edib. Dodaqlarına iki ədəd tikiş qoyulub və quduzluğa qarşı iynə vurulub. Bundan sonra evə buraxılıb. Hər hansı təhlükəsi olmayıb. İlk quduzluğa qarşı iynə müraciət etdiyi gün, ikinci isə bu gün vurulub.

saat: 12:43

Göyçayda qadın itin hücumuna məruz qalıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Qızılağac kəndində qeydə alınıb. Kənd sakini, 65 yaşlı Əsgərova Surə Cahangir qızı evində saxladığı itin hücumuna məruz qalıb. İt qadını yerə yıxaraq onun ağzından dişləyib. O, təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.   

# 997
avatar

Mehman Nəbiyev

Oxşar yazılar