276
09:12
07 Noyabr 2019

Qaz borusuna çırpılan "Mercedes" yandı

Bakıda "Mercedes" qaz boru xətinə çırpılıb.

Fövqəladə Hallar nazirliyindən Lent.az -a verilən məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda "Mercedes" markalı minik avtomobili yol kənarındakı qaz boru xəttinə çırpılıb. Nəticədə avtomobilin mühərrik və salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.