292
18:47
06 Noyabr 2019

Bakıda maşın qaçıran usta tutuldu


Noyabrın 5-də gecə saat 3 radələrində paytaxtın Nizami rayonu ərazisindəki avtoservislərin birindən Bakı şəhər sakini A.Xəlilova məxsus “Mercedes” markalı avtomobil qaçırılıb və Xəzər rayonunun Binə qəsəbəsi ərazisində işıq dirəyinə vurulub.

Lent.az -a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Xəzər rayon Polis İdarəsi 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, həmin avtoservisdə usta işləyən Ə.Əliyev saxlanılıb.