Kişilər üçün hamiləlik testi - QORXULU YENİLİK
20 noyabr 2019 12:25 (UTC +04:00)

Kişilər üçün hamiləlik testi - QORXULU YENİLİK

Qadınların istifadə etdiyi hamiləlik testi sən demə. kişilərdə prostat və xaya xərçəngini də təyin edirmiş. Bu məsələ acı təcrübə ilə gündəmə gətirildi. Bununla bağlı Amerikada maraqlı bir hadisə yaşanıb. Amerikalı kişi blogerlərindən biri rəfiqəsinin evdə unutduğu hamiləlik testini istifadə edib və müsbət çıxdığını görəndə onu “İnstagram” izləyiciləri ilə paylaşıb. Həmin şəxs buna yumor kimi yanaşıb və bildirib ki, "hamilədir". Hamı bu paylaşımla bağlı zarafat etsə də, həkimlərdən biri yazıb ki, sizdə çox güman ki, prostat xərçəngi var. Müayinələrdən sonra həqiqətən də gənc kişidə xərçəng olduğu ortaya çıxıb. 

Bu hadisədən sonra hamını maraqlandıran bir sual var - hamiləlik testi həqiqətən kişilərdə prostat xərçəngini aşkar edir?

Mövzu ilə bağlı Lent.az-ın suallarını cavablayan uroloq-cərrah, tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıl bildirib ki, kişilərdə bu test müsbət nəticə göstərirsə (2 qırmızı xətt), deməli həmin insanda xaya və ya prostat xərçənginin olması ehtimalı çox yüksəkdir:

“Evdə istifadə olunan kiçik hamiləlik testləri sidikdə "xorionik honadotropin" adlı hormonu təyin edir. Bu hormon qadın orqanizmində embrion uşaqlıq divarına implantasiya etdikdən sonra ifraz olunmağa başlayır. Sağlam kişinin orqanizmində bu hormon yoxdur. Lakin xaya xərçəngi zamanı zədələnmiş xaya bu hormonu ifraz etməyə başlayır və nəticədə hamiləlik testi müsbət nəticə verir. Bəzən xaya xərçənginə ilkin diaqnoz qoyanda bu testdən də istifadə edilir”. 

V.İsmayıl onu da vurğulayıb ki, bəzi periton arxası şişlərdə də hamiləlik testi müsbət çıxır.

# 10602
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar