Naxçıvanda qeydiyyatda olanların NƏZƏRİNƏ
05 noyabr 2019 14:39 (UTC +04:00)

Naxçıvanda qeydiyyatda olanların NƏZƏRİNƏ

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi və muxtar respublikanın Bakı şəhərindəki daimi nümayəndəliyi birgə məlumat yayıblar.

Lent.az-a daimi nümayəndəlikdən daxil olan məlumatda bildirilir: Bakı şəhərində və Azərbaycanın digər bölgələrində yaşayan, Naxçıvan Muxtar Respublikasında daimi pasport qeydiyyatında olan sakinlər istifadə müddəti bitmiş, itirilmiş, yararsız hala düşmüş şəxsiyyət vəsiqələrini dəyişmək və yaxud yenisini almaq üçün 2019-cu il noyabrın 15-dən dekabrın 5-dək (bazar günləri istisna olmaqla) Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində muxtar respublikanın Daxili İşlər Nazirliyinin müvəqqəti fəaliyyət göstərən müvafiq əməkdaşlarına müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Məmmədzadə küçəsi 8. (AZ-1033).

(Bakı şəhəri, Nərimanov rayonu Polis İdarəsinin yanı).

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2548

Oxşar yazılar