Müğənni Niyam Salami bir-biri ilə küsülü olan həmkarları “Faytonçu” Nazim Pişyari ilə Kərim Abbasovu barışdıracaq. Lent.az-ın məlumatına görə, Niyam bu barədə “ATV maqazin onlarla” verilişində deyib:
“Çalışaram ki, Kərimlə Nazimi barışdırım. Necə barışdıracağımı deyə bilmərəm. Nazim mənə dedi ki, məndə vulkan var idi, partladı, bitdi. Nazimlə 2 saata yaxın telefonla danışdı. Ona təşəkkür edirəm ki, məni anladı. Hər kəsə özüm kimi yanaşıram. Ona görə də yanaşdığım adamdan hörmətsizlik gözləmirəm”.
Niyam bildirib ki, meyxanaçı Aqşin Fatehlə də küsülü qalmaq istəmir: “Heç vaxt hansısa insan mənim üçün düşmən ola bilməz. Bəlkə də o məni elə görür. Ona salam verəcəm”.