567
16:47
04 Noyabr 2019

Səkkiz piyadanı maşın vurub öldürdü

Noyabrın 2-də saat 19 radələrində Şəmkir rayonunun Zəyəm qəsəbəsi ərazisində Oğuz rayon sakini Ş.Məmmədov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən Dəllər qəsəbə sakini Rauf Hüseynovu vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.

Noyabrın 2-də saat 19 radələrində Şirvan şəhərinin M.Mirzəyev prospektində şəhər sakini E.Yusifov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Əlisafa Zeynalovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Şirvan şəhər Polis Şöbəsində araşdırma aparılır.

Noyabrın 2-də saat 19 radələrində İsmayıllı rayonu, Basqal qəsəbəsi ərazisində Şəki rayon sakini P.Vahabov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən Ağsu rayon sakini İfadə Rəhimovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Noyabrın 2-də saat 20 radələrində Kürdəmir şəhərinin H.Əliyev prospektində N.Kərimov idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən şəhər sakini Şahin Yusifovu vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Noyabrın 3-də saat 21 radələrində Kürdəmir rayonu, Qarabucaq qəsəbəsi ərazisində Gəncə şəhər sakini E.İsgəndərov idarə etdiyi “DAF” markalı yarımqoşqulu avtomobillə yolu keçən qəsəbə sakini Nizami Qarayevi vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Noyabrın 3-də saat 21 radələrində Goranboy rayonu, Muzdurlar kəndi ərazisində Tovuz rayon sakini Röyal Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub. Nəticədə xəstəxanaya yerləşdirilən həmin şəxs orada ölüb.

Noyabrın 3-də saat 9 radələrində Sumqayıt şəhərinin Sahil küçəsində şəhər sakini Tərlan Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Həcər Şəbiyevanı vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Noyabrın 3-də saat 12 radələrində Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini Yalçın Məlikov idarə etdiyi “İsuzu” markalı xətt avtobusu ilə yolu keçən qəsəbə sakini Gülcahan Məmmədovanı vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.