"Daha saçıma rəng qoymayacam" - Zöhrə Abdullayeva
04 noyabr 2019 13:39 (UTC +04:00)

"Daha saçıma rəng qoymayacam" - Zöhrə Abdullayeva

“Daha başıma rəng qoymayacam. Məni qəbul edən belə qəbul eləsin”.

Lent.az-ın məlumatına görə, bu sözləri “Hər şey daxil” verilişində Əməkdar artist Zöhrə Abdullayeva deyib. O, övlad itkisindən söz açıb:

“Könül Xasıyevanın konsertində öz içimin naləsini oxudum. Tamaşaçılar da məni yaxşı başa düşdü. Heç özüm üçün zümzümə də etmirəm. Qurumuşam. Mənim bu dəqiqə cisiməm, ruham, mən yaşamıram ki... Mən balamın yolunda ağartdığım saçlarla fəxr edirəm. Bu saçlar bir gecənin içində ağardı. Dünyanın harasına getsəm də, bu dərd mənimlədir”.

Qeyd edək ki, Z.Abdullayevanın oğlu ötən il uzun sürən xəstəlikdən dünyasını dəyişib.

# 1867
avatar

Yalçın UĞUR

Oxşar yazılar