Bounti tortunun hazırlanması - Usta öz sirlərini açır:  Lent.az-ın mətbəxi
03 noyabr 2019 17:00 (UTC +04:00)

Bounti tortunun hazırlanması - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.

Bu dəfə sizi sosial şəbəkədə “Ağababa Ağababa” adı ilə məşhur olan səhifəyə istinadla bounti tortunun necə hazırlanması ilə tanış edəcəyik

Tərkibi:

Biskviti üçün: 300 qram yağlı qurabiyə, 100 qram qovurulmuş qoz, 100 qram  şokolad, 100 millilitr süd.

İçlik üçün: 500 milliltr süd, 80 qram mannı yarması, 100 qram şəkər tozu, 200 qram kokos qırıntısı.

Qanajı üçün: 100 qram qara şokolad, 2 xörək qaşığı duru yağ, 60-70 qram kərə yağı. 

Hazırlanması:

Öncə yağlı qurabiyələri ovub geniş qaba əlavə edirik. Qozu ovub peçenyenin üzərinə tökürük. Plitka şokoladı üzərinə rəndələyirik. Südü əlavə edib qarışdırırıq. Alınan qarışığı sobanın listinə yağlı kağız qoyub içərisinə əlavə edirik və qabda yayırıq. Qaşığın arxası ilə üstündən basıb düzəldirik. Sonra krem hazırlayırıq. Krem üçün mannı ilə şəkər tozunu duzu və südü əlavə edib qarışdırırıq. Mannı südün içində 15 dəqiqə qaldıqdan sonra ocağın üzərinə qoyub qarışdıra-qarışdıra bişiririk. Sonra altını söndürüb vanili və kokosu əlavə edirik. Hazırladığımız kremi tortun üzərinə əlavə edib yayırıq və qanajı hazırlayırıq. Qaba qara şokoladı, kərə yağını və duru yağı əlavə edib, digər bir qabın içində ocaqda qaynatdığımız suyun üstündə əridirik. Əritdiyimiz şokoladı da tortun üzərinə tökürük və yayırıq. Sonra soyuducuya qoyub dondurub servis edirik.

Nuş olsun! 

# 1911
avatar

Oxşar yazılar