14499
13:12
01 Noyabr 2019

Sevgilisi ad günündə Təranəyə gül hədiyyə etdi, AĞLADI - GÖRÜNTÜLƏR

Prodüser Təranə Səmədova ötən gün özünə və qızı Suelə ad günü edib.

Lent.az -ın məlumatına görə, prodüserin özəl gününə şou-biznesin bir çox tanınmış simaları qatılıb. Təranə özəl günündə təəssüratlarını bölüşəndə göz yaşlarını saxlaya bilməyib:

“Bura gələn bütün dostlarıma təşəkkür edirəm. Həyatımdan kəsib atdığım insanları bu gün bura çağırmamışam. Kövrəldim. Hərdən mənə deyirlər ki, çox ağlayırsan. Onlara deyirəm ki, sevincdən ağlamaq daha gözəldir. Deyiləcək sözlərim çoxdur, amma nə yaxşı ki, varsınız”.

Onu da əlavə edək ki, gecədə yadda qalan məqamlardan biri də Təranəyə sevgilisi tərəfindən 511 ədəd ağ və qırmızı qızılgüllər hədiyyə etməsi olub.

Qeyd edək ki, T.Səmədovanın ad günündə müğənnilər Manaf Ağayev, Elşad Qarayev, aparıcılar Kamran Quliyev, Vüsalə Əlizadə, prodüserlər Tolik (Tarix Əliyev ) , Anar Mədətov, aşıq Namiq Fərhadoğlu və başqaları iştirak edib.