“APA Group”un rəhbəri və əməkdaşları DSX-nın medalı ilə təltif edilib
31 oktyabr 2019 16:46 (UTC +04:00)

“APA Group”un rəhbəri və əməkdaşları DSX-nın medalı ilə təltif edilib

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev “APA Group”un rəhbəri və əməkdaşlarını “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edib.
 
APA-nın məlumatına görə, bu gün “APA Group”un qonağı olan Dövlət Sərhəd Xidmətinin Aparat rəhbəri, general-mayor Elçin İbrahimov medalı “APA Group”-un rəhbəri Vüsalə Mahirqızına, redaktor Hafiz Heydərova və müxbir Günay Elşadqızına təqdim edib. 
 
Qeyd edək ki, "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı Azərbaycan Respublikasının 2018-ci il 18 dekabr tarixli Qanunu ilə təsdiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1118

Oxşar yazılar