
Bu futbolçulardan biri ilin ən yaxşısı olacaq
Avropa Klublar Assosiasiyası (ECA) və Avropa Futbol Agentləri Assosiasiyasının (EFAA) birgə təsis etdikləri “Globe Soccer Awards-2019”a namizədlərin siyahısı açıqlanıb.
APA-nın məlumatına görə, 4 nominasiyada iddiaçılar bəlli olub.
Ən yaxşı futbolçu adına Kriştianu Ronaldo (Portuqaliya, “Yuventus”), Lionel Messi (Argentina, “Barselona”), Bernardu Silva (Portuqaliya, “Mançester Siti”), Məhəmməd Salah (Misir, “Liverpul”), Alisson Bekker (Braziliya, “Liverpul”), Sadio Mane (Seneqal, “Liverpul”), Vircil van Deyk (Hollandiya, “Liverpul”) iddia edir.
Ən yaxşı klub adına iddiaçılar “Liverpul” (İngiltərə), “Ayaks” (Hollandiya) və qadınlardan ibarət “Lion” (Fransa) komandalarıdır.
İlin ən yaxşı məşqçisi olmağa Yurgen Klopp (“Liverpul”), Fernandu Santuş (Portuqaliya), Erik Ten Haq (“Ayaks”), Camel Belmadi (Əlcəzair), Massimiliano Alleqri (“Yuventus”) namizəddir.
İlin kəşfi nominasiyasında
Ansu Fati (“Barselona”), Erlinq Holland (“Zalsburq”), Ceydon Sanço (“Borussiya” D), Joao Feliş (“Atletiko”) və Kayl Havertsın (“Bayer”) namizədliyi irəli sürülüb.
Qeyd edək ki, ən yaxşıların mükafatlandırılması mərasimi dekabrın 29-da Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə keçiriləcək.
Oxşar yazılar

Azərbaycan güləşçiləri reytinq turnirində 5 medal qazandılar
19 iyul 2025 , 04:53
"Real Madrid"in 18 yaşlı ulduzu evləndi
19 iyul 2025 , 02:44
Dünyanın ən məşhur qadın futbolçusuna şəxsi mühafizə verildi
18 iyul 2025 , 18:55
Lukas Vaskes İtaliyanın iki nəhəng klubunun hədəfində
18 iyul 2025 , 15:52
FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş çempionata yekun vurulub
18 iyul 2025 , 13:47
Arda Turanın ukraynalı müxbirə müsahibəsi olay oldu
18 iyul 2025 , 13:47
Rekord təklif: Vinisius ən bahalı transfer ola bilər
18 iyul 2025 , 13:04
Levandovski ən çətin göstəricidə Messiyə çatdı: çətin ki, kimsə buna nail olsun
18 iyul 2025 , 09:39