
İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini dayandırdı - SƏBƏB
İsrailin Azərbaycandakı səfirliyinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Bu barədə APA-ya səfirlikdən məlumat verilib.
Bildirilib ki, buna İsrail Maliyyə Nazirliyinin qərarı səbəb olub.
“Belə ki, bu il iyulun 21-də İsrail Maliyyə Nazirliyinin Baş direktoru tərəfindən imzalanan və on illiklərdir ki, mövcud olan protokolu dəyişdirən birtərəfli prosedurun tətbiq edilməsi səbəbindən diplomatik nümayəndəliyi bağlamaq məcburiyyətində qalırıq. Səfirlikdə heç bir konsulluq xidmətləri göstərilməyəcək və heç kimin səfirliyə girişinə icazə verilməyəcək. İsrail diplomatları hər zaman ölkənin gücü və dayanıqlığını artırmaq üçün səy göstərməyə sadiqdirlər. Təəssüf ki, Maliyyə Nazirliyinin qərarı bizi yuxarıda göstərilən tədbirləri həyata keçirməkdən başqa bir seçim qoymur. Ümid edirik ki, bu böhran ən qısa zamanda həll ediləcək", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, İsrailin Kiyev, Toronto, Paris və Moskvadakı səfirlikləri, Sankt-Peterburqdakı konsulluğu da tətil elan edib. Hazırda İsrailin dünyanın 69 ölkəsində səfirliyi, 23 konsulluğu və beş xüsusi nümayəndəliyi var. İsrail hökuməti Xarici İşlər Nazirliyinin büdcəsini azaldaraq onlar üçün ildə təxminən 367 milyon dollar ayrılması barədə qərar qəbul edib.
Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16