Röya: "Məhərrəmlik ayında dostlarımdan borc alıram"
27 oktyabr 2019 09:36 (UTC +04:00)

Röya: "Məhərrəmlik ayında dostlarımdan borc alıram"

 
"Evin həm oğlu, həm qızı, həm də ulduzuyam. Hərdən heç pul çatdırmıram, borc alıram".
Bu sözləri Xalq artisti Röya Ayxan "X maqazin" verilişində deyib. Sənətçi ailəsinə hər zaman maddi dəstək olmasından danışıb:
 
"O qədər məni qınayan olacaq. Amma bilsinlər ki, o qədər böyük ailəm var ki, maddi çatdırmıram. Məhərrəmlik ayında dostlarımdan borc alıb, işlərimi görürəm. Sonra 1 ay işləyib borc qaytarıram.
 
Mənə deyirlər, sənə rahatdı, yaxşı yaşayırsan. Yaşayışım axı çətindir, bunun üçün bir az çabalamaq lazımdır".
 
(Axşam.az )
 
# 2054
avatar

Oxşar yazılar