FHN rayonda kompleks mülki müdafiə təlimi keçirdi - FOTOLENT
25 oktyabr 2019 16:35 (UTC +04:00)

FHN rayonda kompleks mülki müdafiə təlimi keçirdi - FOTOLENT

 
 
Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə İşinin Təşkili Baş İdarəsinin təşkilatçılığı ilə Göyçay rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.
 
Nazirlikdən Lent.az-a verilən məlumata görə, 2019-cu il üçün mülki müdafiə tədbirləri planına müvafiq olaraq təşkil olunan təlimə Göyçay rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon fövqəladə hallar komissiyası, icra hakimiyyətinin mülki müdafiə qərargahı, rayonun mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri, idarə, müəssisə və təşkilatları, orta məktəb müəllimləri və şagirdləri, tibb işçiləri, eləcə də nazirliyin Rabitə İdarəsinin, Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay və Ucar Rayon Dövlət Yanğından Mühafizə hissələri, Mülki Müdafiə Qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin, Aran Regional Mərkəzinin şəxsi heyəti və texnikası cəlb olunub.
 
Göyçay şəhər 2 saylı tam orta məktəbdə və köhnə avtomobil təmir zavodunda təşkil edilən təlim mülki müdafiə planlarının reallığının yoxlanılması, mülki müdafiə idarəetmə orqanlarının, fövqəladə hallar komissiyalarının, rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələr zamanı fəaliyyət üzrə bilik və bacarıqlarının artırılması, rabitə və xəbərdarlıq sistemlərinin etibarlılığının yoxlanılması, ehtimal olunan fövqəladə hadisələr zamanı mülki müdafiə xidmətlərinin və hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin yüksək hazırlıq rejiminə gətirilməsi, fövqəladə hadisələr zamanı mülki müdafiənin idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin təşkil edilməsi və birgə fəaliyyət mexanizminin təkmilləşdirilməsi, mülki müdafiə dəstələrinin qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasının təşkili və həyata keçirilməsi, həmçinin əhalinin fövqəladə hadisələr zamanı davranış qaydaları üzrə öyrədilməsi, təlim iştirakçılarına yüksək mənəvi-psixoloji keyfiyyətlərin aşılanması, eləcə də iştirakçılara fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili sahəsində təcrübənin verilməsi məqsədilə keçirilib. Həmçinin, təlim keçirilərkən əsas diqqət komandir-rəis heyətinin idarəetmə bacarıqlarının və mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, Fövqəladə Hallar Nazirliyinin qüvvələri ilə hərbiləşdirilməmiş mülki müdafiə dəstələri arasında qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi, əməliyyat qərargahının işinin təşkili, xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına yönəldilib.
 
Daha sonra Göyçay rayon Heydər Əliyev Mərkəzində ictimaiyyət nümayəndələrinin iştirakı ilə “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda müşavirə keçirilib. Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə İşinin Təşkili Baş İdarəsinin rəis müavini, polkovnik Cavanşir Həşimov, rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə, Təhsil Nazirliyinin məsul işçisi Elnur Əliyev çıxış edib.
 
Tədbirdə FHN-nin bu məqsədlə Göyçayda görülən işlər barədə məlumat verilib, qarşıda duran vəzifələrdən danışılıb, fövqəladə halların aradan qaldırılması ilə bağlı filmə baxış keçirilib. Təlim zamanı rayonun mülki müdafiə qüvvələri fövqəladə hadisənin baş verməsi barədə rayonun rəhbər heyətinin, FHK-nın və mülki müdafiə idarəetmə orqanlarının xəbərdar edilməsi, rayonun mülki müdafiə idarəetmə orqanlarının, mülki müdafiə xidmətlərinin və ərazi mülki müdafiə qüvvələrinin yüksək hazırlıq vəziyyətinə gətirilməsi, şəxsi heyətin “xəbərdarlıq toplanış” siqnalı üzrə fəaliyyəti, ərazinin kəşfiyyatının aparılması, məlumatların toplanması və təhlilinin aparılması, görüləcək qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həcminin müəyyən edilməsi, nazirliyin xilasetmə qüvvələri ilə rayonun mülki müdafiə qüvvələri arasında xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması zamanı qarşılıqlı fəaliyyətin və idarəetmənin təşkili, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması, xəsarət alanlara tibbi yardımın göstərilməsi, zərərçəkmiş əhalinin müvəqqəti olaraq təhlükəli zonalardan köçürülməsi, onlara tibbi yardımın göstərilməsi və rayonun həyat təminatının bərpası ilə bağlı tədbirlərin təşkili, əsas qüvvələrin fövqəladə hadisə rayonunda qəza-xilasetmə və digər təxirəsalınmaz işlərinin davamı, qəza-bərpa işlərinin yerinə yetirilməsi tədbirlərini yerinə yetiriblər. Kompleks təlimə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə İşinin Təşkili Baş İdarəsinin, Rabitə İdarəsinin, Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay və Ucar Rayon Dövlət Yanğından Mühafizə Hissələri, Mülki Müdafiə Qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin, Aran Regional Mərkəzinin, rayonun hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin, ümumilikdə 352 nəfər şəxsi heyəti və 62 ədəd texnikası cəlb edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1435

Oxşar yazılar