Azərbaycanlı alimin Ankarada mühazirəsi dinlənilib
Ankara Sosial Elmlər Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Elmi təşkilat və beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Rəcəb Rəhimlinin “Azərbaycanda dövlət idarəçiliyi sistemində islahatlar və dövlət qulluğu sistemi” mövzusunda məruzəsi dinlənilib.
Lent.az AZƏRTAC-a istinadla xəbər verir ki, alim məruzəsində ölkədə zamanın çağırışlarına və beynəlxalq standartlara cavab verən dövlət idarəçilik sistemi və onun hüquqi bazasının formalaşdırılmasının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Bildirib ki, dövlət siyasətinin məqsədlərinin uğurla reallaşdırılmasında dövlət qulluğu başlıca alət kimi çıxış edir və dövlət qulluqçularının fəaliyyəti ölkənin inkişafında, vətəndaşların rifahının yüksəlməsində təzahürünü tapır.
Rəcəb Rəhimli bütün sahələrdə inkişafın aparıcı lokomotivi kimi müəyyənləşdirilən dövlət sektorunda islahatların əsas məqsədləri və dövlət qulluğunun inkişafı strategiyası ilə bağlı geniş məlumat verib. Vurğulanıb ki, bu gün səmərəli və peşəkar hökumətin yaradılması Azərbaycan Respublikasında dövlət idarəçiliyində islahatlarının prioritet istiqamətlərindəndir və ölkədə dövlət qulluğunun optimallaşdırılması sahəsində əsaslı nailiyyətlər əldə edilib. Çıxışçı faktlar və müqayisəli təhlillərlə əsaslandırıb ki, Prezident İlham Əliyevin konturlarını dəqiq müəyyənləşdirdiyi siyasi xətt çərçivəsində Azərbaycanda rəqabətədavamlı, səmərəli dövlət institutları formalaşdırılıb. Bu təsisat hazırda sosial-iqtisadi siyasətin formalaşdırılması və reallaşdırılmasına maraqlı subyektlərin cəlb olunması ilə cəmiyyətin yeni inkişaf modelini qurmağa, dövlətin inkişafının dinamikası və yüksək səviyyəsini təmin etməyə qadirdir. Həmçinin dövlət idarəçiliyinin bütün səviyyələrində qərar qəbulu zamanı sosial qrupların maraqlarını müəyyənləşdirmək, strukturlaşdırmaq və nəzərə almağa, qəbul edilmiş və reallaşdırılmış qərarlara görə məsuliyyət daşımağa, vətəndaş cəmiyyəti, biznes strukturları ilə ictimai həyatın önəmli məsələləri ətrafında bərabər dialoq aparmağa, vətəndaşların dövlət qulluğuna və dövlət institutlarına inamını qorumağa və dəstəkləməyə, Azərbaycanın inkişafı ilə bağlı bütün məsələlərdə geniş ictimai konsensusa nail olmağa müvəffəq durumdadır. Buna görə də cəmiyyətin inkişafı, şəraitin dəyişilməsi və müasir çağırışlar fonunda əhalinin yaşayış səviyyəsi keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə dövlət-vətəndaş qarşılıqlı münasibətlərində inkişaf tendensiyası davamlı olaraq qorunur. İnzibati islahatlar konsepsiyasının yaxın illər üçün başlıca məqsədi kimi dövlət qulluğunda keyfiyyətin daha da yüksəldilməsini nəzərdə tutur.
Dinləyicilər Azərbaycanda dövlət idarəçiliyi sisteminə dair müfəssəl məlumatları maraqla qarşılayıblar.
Sonda alim tədbir iştirakçılarının suallarını cavablandırıb.
Oxşar yazılar

İşlər çox pis gedəcək: Bu BÜRCLƏRİ ilin ən çətin dövrü gözləyir
13 iyul 2025 , 09:09
Qızmar istilər kim üçün təhlükəlidir?
13 iyul 2025 , 04:35
İyulun 12-dən bu BÜRCƏ yeni həyat vəd edildi
12 iyul 2025 , 18:37
Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12