
Qeyri-adi oğurluq - Ev sahibi və polislər şoka düşdülər
Türkiyədə qeyri-adi oğurluq baş verib.
Qaziantep şəhərinin Şahinbəy qəsəbəsində yaşayan İlyas Yaşar Dəmir, oktyabrın 18-də atasını xəstəxanaya aparanda evə oğru girib.
Lent.az-ın Türkiyə mediasına istinadla verdiyi xəbərə görə, hadisə həmin gün səhər saat 10 radələrində qeydə alınıb. Hörümçək adam kimi evlərin divarlarına dırmanan oğru, damların üstü ilə gəzib. Girdiyi evdən bir şey tapmayan oğru başqa bir evin damına çıxıb. Uzun müddət ətrafı izləyən oğru pəncərənin dəmir barmaqlıqlarını sökərək evə girib. Evdən tüfəng, bir miqdar pul və zinət əşyaları götürdükdən sonra evdə başqa əşyalar axtararkən ev sahibləri xəstəxanadan qayıdıblar. Oğru bu zaman evin qapısını içəridən bağlayıb.
Xəstəxanadan qayıdan İlyas Yaşar qapını aça bilmədiyini görüb. Nərdivanla pəncərədən içəri baxan İlyas Yaşar evdə oğrunu görərək, tez qapıya tərəf qaçıb. Açarla qapını açıb içəri girsə də, artıq oğru pəncərədən qaçaraq yoxa çıxıb. Dərhal təhlükəsizlik kameralarına baxan ev sahibi polisə məlumat verib.
Kameraları izləyən polislər oğrunun kim olduğunu öyrənməyə başlayıblar.
Oxşar yazılar

Hindistanda kimyəvi zavadda partlayış: 34 ölən var
1 iyul 2025 , 07:58
Bu uşaq üç ildir yemək yemir
1 iyul 2025 , 05:55
Qazaxıstanda niqab qadağan edildi
1 iyul 2025 , 03:42
İlon Mask yeni siyasi partiya yaratmaq istəyir
1 iyul 2025 , 02:25
157 milyonluq saat, ağlasığmaz dəbdəbə - Kadırovun oğlunun toyuna kimlər gəldi?-VİDEO
30 iyun 2025 , 21:44
İsrail İranda kimi məhv etməli idi – Əli Laricani təfərrüatları AÇIQLADI
30 iyun 2025 , 19:20
Putinin karteji üçün motosiklet hazırlayan intihar etdi
30 iyun 2025 , 16:39
Ana və körpəsini öldürüb meyitləri meşəyə atdılar
30 iyun 2025 , 14:43