
Sürücülərin NƏZƏRİNƏ: bu ərazilərdə hərəkət məhdudlaşdırılacaq
Oktyabrın 25-26-da Bakı şəhərində “Qoşulmama Hərəkatı”na üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşünün keçirilməsi ilə əlaqədar bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyulmaqla istiqamətin dəyişdirilməsi nəzərdə tutulur.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Lent.az-a bildirilib ki, oktyabrın 23-24-də hava limanına gələn yüksək çinli qonaqların, tədbir iştirakçılarının qarşılanaraq mərkəzə doğru otellər istiqamətinə hərəkəti müəyyən edilib. Bu məqsədlə qonaqların yerləşdirilməsi və tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş “Heydər Əliyev Mərkəzi”, “Bakı Konqres Mərkəzi”, “Hyatt Regency” oteli və digər ərzilərə doğru hərəkətdə təhlükəsizlik tədbirləri həyata keçiriləcək.
Oktyabrın 24-ü səhər saat 08:30-dan tədbirlər tam başa çatanadək Azneft dairəsi, Niyazi küçəsi, Neftçilər prospekti, R.Rza, Bakıxanov, Y.Səfərov, K.Rəhimov, Ü.Hacıbəyov, Z.Əliyeva küçələri, İnşaatçılar, N.Nərimanov prospektləri, 10-cu zavod dairəsi, H.Əliyev prospekti, M.Hüseyn və T.Elçin küçələrinə bitişən və kəsişən digər küçələr üzrə avtomobillərin hərəkəti qısa fasilələrlə məhdudlaşdırılacaq. Xüsusi ilə Xətai prospekti və Təbriz küçəsinə Həsənoğlu küçəsi kəsişməsindən Qədirbəyov küçəsi kəsişməsinədək olan hissəsi tam məhdudlaşdırılır.
Ona görə də ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük verilməsi tövsiyyə edilir. Hərəkətlə bağlı süni sıxlığın, tıxacların baş verməməsi üçün xahiş olunur ki, keçirilən tədbirlərin dövlət əhəmiyyətli olduğunu nəzərə alaraq sürücü və avtomobil sahibləri göstərilən küçə və prospektlər üzrə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər və tətbiq olunacaq qısa məhdudiyyətlərə anlayışla yanaşsınlar.
Oxşar yazılar

Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46
İyul ayında qartopu oynadılar: Görünməmiş bir şey yaşadılar -FOTOLENT
5 iyul 2025 , 15:06
Sabahın tibbi-meteoroloji PROQNOZU
5 iyul 2025 , 14:45Dünyada İLK: Qadın süni intellektlə hamilə qaldı
5 iyul 2025 , 14:27