Tbilisidə yaşayış binası partladı: yaralılar var
19 oktyabr 2019 09:33 (UTC +04:00)

Tbilisidə yaşayış binası partladı: yaralılar var

Tbilisinin Quramişvili küçəsində yerləşən yaşayış binasında güclü partlayış baş verib.
 
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
 
Məlumata görə, partlayış səhər saatlarında, binanın 4-cü mərtəbəsində qeydə alınıb.
 
Hadisə zamanı bir neçə nəfər xəsarət alıb, hazırda onların dəqiq sayı müəyyənləşdirilir.
 
Binanın sakinləri təxliyə ediliblər. Partlayışın təbii qaz sızıntısından baş verdiyi ehtimal olunur. Hadisə nəticəsində binanın həyətindəki avtomobillərə də zərər dəyib.
 
Əraziyə polis və xilasedicilər cəlb edilib.
# 616
avatar

Oxşar yazılar