Azərbaycanın müdafiə xərcləri artırılacaq
18 oktyabr 2019 16:55 (UTC +04:00)

Azərbaycanın müdafiə xərcləri artırılacaq

Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri üçün 3 milyard 853 milyon 600 min manat vəsait  ayrılacaq.
 
APA-nın məlumatına görə, bu, Maliyyə Nazirliyinin təqdim etdiyi 2020-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb.
 
Layihəyə əsasən, bu, 2019-cu illə müqayisədə 20,09 faiz, yaxud 666 milyon manat çoxdur. Bu il dövlət büdcəsində müdafiə xərcləri 3 milyard 187 milyon 600 min manat proqnozlaşdırılıb.
# 1673
avatar

Oxşar yazılar