Azərbaycanda evdən gedən qız qayıtdı
18 oktyabr 2019 15:11 (UTC +04:00)

Azərbaycanda evdən gedən qız qayıtdı

Oktyabrın 10-da itkin düşən 15 yaşlı İsmayılzadə Elmira Samir  qızı tapılıb. 
 
Daxili İşlər Nazirliyinin Şəki Regional qrupundan Lent.az-a verilən xəbərə görə, valideynləri polisə bildirib ki, qızları oktyabrın 16-da özü evə qayıdıb.
 
Xatırladaq ki, Elmira İsmayılzadə oktyabrın 10-da səhər saat 10 radələrində Qax rayonu, A.Məmmədov küçəsində yaşadığı evdən çıxıb və geri qayıtmamışdı.
 
# 681
avatar

Mehman Nəbiyev

Oxşar yazılar