Telefon oğrusunu 6 ilədək həbs cəzası gözləyir
18 oktyabr 2019 19:18 (UTC +04:00)

Telefon oğrusunu 6 ilədək həbs cəzası gözləyir

Ukraynanın Xarkov şəhərində Azərbaycan vətəndaşı saxlanılıb.

Lent.az-ın Ukrayna KİV-ə istinadən verdiyi məlumata görə, o, 24 yaşlı yerli sakinin telefonunu oğurlamaqda günahlandırılır.

Həbs olunan azərbaycanlı yerli polis idarəsinə gətirilib və dindirilərkən etdiyi cinayəti boynuna alıb.

Yerli qanunvericiliyə görə, hazırda onu 4 ildən 6 ilədək həbs cəzası gözləyir.

# 635
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar