
Polisdən mitinq təşkilatçılarına XƏBƏRDARLIQ
Bakı şəhər Baş Polis İdarəsi Milli Şuranın oktyabrın 19-a təyin etdiyi mitinqlə bağlı təşkilatçılara xəbərdarlıq edib.
Bu barədə APA-ya mitinqin təşkilatçılarından Tofiq Yaqublu məlumat verib. O bildirib ki, Bakı şəhər Baş Polis İdarəsinin dəvəti ilə bu gün saat 11-də idarədə olub. Bakı şəhər prokurorun köməkçisi və Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini onlara xəbərdarlıq edib: “Bizə xəbərdarlıq edildi. Bildirdik ki, biz istənilən halda mitinqi keçirəcəyik”.
Qeyd edək ki, Milli Şura oktyabrın 19-na metronun "28 May" stansiyasının qarşısına mitinq keçirmək istəyi ilə Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib.
Bakı şəhər İcra Hakimiyyəti mitinqin oktyabrın 19-da saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 May küçəsi "Neftçi" İdman Klubunun Qaradağ təlim - idman bazasında keçirilməsinə razılıq verilib.
Milli Şuranın Kordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli isə Bakı şəhər İcra Hakimiyyətinin qərarı ilə razılaşmadıqlarını və mitinqin həmin tarixdə "28 May" metrostansiyası qarşısında keçirəcəklərini bildirib.
Oxşar yazılar
Bakıda QƏZA: Xəsarət alan var
19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi
18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını vurub öldürdü
18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü
18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı
18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR
18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu
18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü
18 iyul 2025 , 19:15