
Keçmiş sevgilisinin indiki sevgilisi qan tökdü
Masallıda bıçaqlanma olub.
APA-nın cənub bürosunun məlumatına görə, hadisə dünən axşam saatlarında rayonun avtovağzal deyilən ərazisində baş verib. Bakıda şəhər sakini, 39 yaşlı Zaur Davud oğlu Qurbanov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Araşdırmalar zamanı hadisənin rayonun Şərəfə kənd sakini Rasim Xanməmməd oğlu İbişov tərəfindən törədilməsi müəyyən edilib və o saxlanılıb.
Məlum olub ki, Z.Qurbanov Masallı Rayon Məhkəməsinin dəvəti ilə rayona gedib. Z. Qurbanov Masallıda əvvəllər qeyri-rəsmi münasibətdə olduğu qadının hazırkı sevgilisi R.İbişovla qarşılaşıb. Onların arasında həmin qadına görə mübahisə düşüb. Mübahisə zəminində R.İbişov Z.Qurbanovu bıçaqlayıb.
Oxşar yazılar

Qəbələdə dağlıq-meşəlik ərazidə köməksiz qalan şəxs xilas olundu -VİDEO
1 iyul 2025 , 10:11
Yeniyetmə su kanalına düşüb
1 iyul 2025 , 09:32
Maşın vuran kişi 65 gün sonra öldü
1 iyul 2025 , 09:28
DTX dövlətə xəyanət edən şəxsi həbs etdi
1 iyul 2025 , 09:25
Rusiyada qətlə yetirilən azərbaycanlı qardaşların cənazəsi Ağcabədiyə gətirildi
1 iyul 2025 , 08:47
Xəbərdaredici nişan olsaydı, Cümşüd ölməyəcəkdi… – Qurumdan açıqlama-VİDEO
30 iyun 2025 , 21:53
Yekaterinburqda vəhşicəsinə öldürülən azərbaycanlıların qardaşı danışdı-VİDEO
30 iyun 2025 , 21:47
Rusiyada öldürülən qardaşların meyiti yaxınlarına təhvil verildi-VİDEO
30 iyun 2025 , 21:05