
® “Azərsun Holdinq” Türkiyədə mükafata layiq görüldü
İnsan resursları sahəsində Türkiyənin ən böyük təşkilatı olan PERYÖN artıq 11-ci ildir ki, “İnsana dəyər mükafatları” mərasimini həyata keçirir. “İnsana dəyər mükafatları”nın əsas məqsədi şirkətlərdəki innovativ/yaradıcı və uğurlu təcrübələri öyrənmək, nümunəvi çalışmaları hamıya tanıtmaq, bir birindən öyrənmə prosesini təşviq etmək və dəstəkləməkdir.
Ölkəmizin qeyri-neft sektorunun aparıcı şirkətlərindən olan “Azərsun Holdinq” bu il təşkil edilən mükafatlandırma prosesində yüksək qiymətləndirilib. Türkiyə xaricindən ilk müraciət edən şirkət olan “Azərsun Holdinq”in istedadların inkişafı və idarə edilməsi kateqoriyasındakı təcrübəsi öncə Deloitte Türkiyə tərəfindən incələnmiş və uyğun görülən şirkətlərlə birlikdə jüri qiymətləndirmə mərhələsinə dəvət alıb. Müstəqil ekspert və professorlardan ibarət jüri qarşısında təqdimat edilərək suallar cavablandırılıb.
Daha sonra təşkil edilmiş PERYÖN Gala Gecəsində ilk dəfə bu prosesdə iştirak edən “Azərsun Holdinq” Türkiyənin öndə gələn şirkət və holdinqlərini geridə qoyaraq nümunəvi təcrübə kimi finalist mükafatına layiq görülüb. “Azərsun Holdinq”in bu uğuru təkcə Türkiyədə deyil, eyni zamanda mükafatlandırma prosesinin tərəfdaşı olan Avropa insan resursunun idarə edilməsi cəmiyyəti – EAPM nəzdində də böyük maraq və təqdirlə qarşılanıb.
Qeyd edək ki, 2019-cu ildən etibarən PERYÖN “İnsana dəyərdə liderlik” böyük mükafatı Avropa insan resursunun idarə edilməsi cəmiyyəti – EAPM (European Association of People Management) tərəfindən tanınaraq beynəlxalq müstəvidə öz əhəmiyyətini daha da artırmış oldu.
Oxşar yazılar

Kürdəmir sakinini qatar vurub öldürdü
5 iyul 2025 , 23:54
Zaqatalada minik maşınları TOQQUŞDU: Ər-arvad öldü - YENİLƏNİB
5 iyul 2025 , 23:19
Daşkəsəndə bıçaqlanan 21 yaşlı gənc öldü - YENİLƏNİB
5 iyul 2025 , 23:14
Cadugərlikdə təqsirləndirilən 6 nəfər öldürüldü: İkisi diri-diri yandırıldı
5 iyul 2025 , 19:40
Beyləqanda 3 gün əvvəl kanalda batan yeniyetmənin meyiti tapıldı
5 iyul 2025 , 17:52
Bütün qadınlar üçün DƏRS: Ata üç aylıq oğlunu bir vedrə yuyucu tozda boğdu
5 iyul 2025 , 17:17
Ucar sakini narkozdan komaya düşdü, 81 gün sonra öldü
5 iyul 2025 , 17:09Kür çayında iki kater toqquşdu, yaralılar var
5 iyul 2025 , 17:03