
Polislər halı pisləşən sürücüyə kömək etdilər
Bir neçə gün əvvəl gecə saatlarında Oğuz rayon Polis Şöbəsinin Post Patrul Xidmətinin əməkdaşları Qoşqar İsmayılzadə və Camal Şıxkərimov rayonun Kərimli kəndi ərazisində xidmətdə olan zaman bir avtomobilin yolun kənarında dayandığını müşahidə ediblər.
Lent.az-a Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, onlar həmin avtomobilə yaxınlaşdıqda onun sürücüsünün səhhətinin yaxşı olmadığını və sükan arxasında köməksiz vəziyyətdə qaldığını görüblər. Polislər dərhal sürücünü avtomobildən düşürüb ona ilkin tibbi yardım göstəriblər, daha sonra həmin əraziyə Təxirəsalınmaz Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarını çağırıblar.
Avtomobilin sürücüsü Əlixan Əmrahov xəstəxanaya yerləşdirilib, ona zəruri tibbi yardım göstərilib. Q.İsmayılzadə və C.Şıxkərimov bu müddət ərzində də onu tək qoymayıblar. Əlixan Əmrahovun səhhəti yaxşılaşdıqdan sonra polis əməkdaşları onu evinə yola salıblar.
Göstərilən diqqət və qayğıya, humanistliyə görə, Ə.Əmrahov və ailə üzvləri polislərə öz minnətdarlıqlarını bildiriblər.
Oxşar yazılar

İctimai fəal Anar Abdullayev həbs edildi
12 iyul 2025 , 01:42
Şirvanda 23 yaşlı gənci bıçaqladılar
11 iyul 2025 , 21:25
Ermənilərin əsir və girov saxladığı şəxslər ifadə verdi - MƏHKƏMƏ
11 iyul 2025 , 21:18
Cadugərlikdə ittiham edib qonşusunu vəhşicəsinə öldürdü
11 iyul 2025 , 19:59
Bakıda kişi kirayə yaşadığı evdə ÖLÜ TAPILDI
11 iyul 2025 , 19:33
Goranboyda iynədən şoka düşən qadın öldü - YENİLƏNİB
11 iyul 2025 , 17:48
Qabil Məmmədovun məhkəməsi başladı
11 iyul 2025 , 17:45
Könül İbrahimlinin ölümü ilə bağlı İNTİHAR maddəsi üzrə iş açıldı
11 iyul 2025 , 17:41