
Hadı Rəcəbli: "Fikirlərim təhrif edilib"
"Bu gün MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının XXXII iclasında Rusiyada işləyən azərbaycanlılarla bağlı səsləndirdiyim fikirlər yerli mediada təhrif edilib".
Bu sözləri Lent.az-a Milli Məclisin Əmək və sosial komitəsinin sədri Hadi Rəcəbli deyib. O bildirib ki, iclasda ölkələrarası qarşılıqlı konvensiyalardan, müqavilələrdən danışıb:
"Bildiyiniz kimi, Rusiyada çalışan vətəndaş orada müvafiq quruma sığorta haqqı ödəyir. Həmin şəxs qeydiyyatdan çıxaraq Azərbaycana gəldikdə, onun Rusiyada ödədiyi sığorta haqqı ölkəmizdə hesablanmır. Ancaq ikitərəfli sazişdə qeyd olunub ki, Rusiyadakı sığorta fondu vətəndaşın ödədiyi vəsaiti Azərbaycanın Dövlət Sosial Müdafiə Fonduna köçürsün. Hazırda həmin müqaviləyə yenidən baxılması tövsiyə olunur. Rusiyadan istədiyimiz isə odur ki, azərbaycanlı vətəndaşın ödədiyi sığorta haqqı DSMF-yə köçürülsün".
Oxşar yazılar

Bakıda kuryerlər "Wolt"u boykot edir
7 iyul 2025 , 15:13
Bunlara diqqət etməyənlərin diplomu tanınmayacaq - EKSPERTDƏN AÇIQLAMA
7 iyul 2025 , 15:10
Bakıya yağış, rayonlara leysan yağacaq - Sabahın havası
7 iyul 2025 , 12:55Bu həftə gözlənilən maqnit qasırğalarının PROQNOZU
7 iyul 2025 , 12:26
Magistraturaya ixtisas seçimi başladı
7 iyul 2025 , 11:38
İyul ayında hər şeydə şanslı olacaq BÜRC
7 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
7 iyul 2025 , 08:29Üç BÜRCƏ xəbərdarlıq – Sınaqlar sizi diz çökdürə bilər
7 iyul 2025 , 00:02