
Kokostar tortunun hazırlanması - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi
Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
Bu dəfə sizi sosial şəbəkədə “Bis-Dus Babayeva” adı ilə məşhur olan səhifəyə istinadla kokostar tortunun necə hazırlanması ilə tanış edəcəyik.
Tərkibi:
3 yumurta, yarım stəkan şəkər tozu, yarım stəkan un, qabarta tozu, vanil, 2 xörəkl qaşığı kakao.
Kremi üçün: 1 paket krem-şanti, 1 stəkan süd, 2 stəkan kakos, 2 xörəkl qaşığı şəkər pudrası.
Sous üçün: 100 qram tünd şokolad, 100 qram südlü şokolad, 200 qram qaymaq.
Hazırlanma qaydası:
Yumurta ilə şəkər tozunu ağarana qədər birlikdə çalırıq. Sonra stəkandakı una qabartma tozunu, vanili və kakaonu əlavə edib qarışdırırıq. Hə iki qarışıq birlikdə qarışdırılır. Daha sonra sobanın listinə əlavə edib bişirilir.
Digər qaba südü, krem-şantini və şəkər pudrasını əlavə edib çalırıq, kakosu töküb qarışdırırıq. 15 dəqiqə soyuducuda saxlayırıq.
Sousu hazırlayacağımız qaba isə qaymağı əlavə edib ocaqda isidirik. Ocaqdan götürüb ardınca şokoladı əlavə edib qarışdırırq.
Tortu südlə isladıb öncə kremi çəkirik. 10-15 dəqiqə sonra sousu əlavə edirik. Tortumuz hazırdı.
Nuş olsun!
Oxşar yazılar

İmtahanının düzgün cavablar təqdim edilir -VİDEO
13 iyul 2025 , 14:34
Azərbaycanda ən isti hava harada qeydə alındı? - SİYAHI
13 iyul 2025 , 14:29
Bu gün 34 mindən çox abituriyent imtahan verdi -YENİLƏNİB
13 iyul 2025 , 13:33
Sabah çimərliyə gedənlərin DİQQƏTİNƏ!
13 iyul 2025 , 12:26
Qarpızdakı üç əsas əlamət: onu qətiyyən almamalısınız
13 iyul 2025 , 12:23
Bakıda 40 dərəcə isti olacaq - SABAHIN HAVASI
13 iyul 2025 , 12:05
İşlər çox pis gedəcək: Bu BÜRCLƏRİ ilin ən çətin dövrü gözləyir
13 iyul 2025 , 09:09
Qızmar istilər kim üçün təhlükəlidir?
13 iyul 2025 , 04:35