Transformatorda baş verən <span style="color:red;">DƏHŞƏTLƏ  bağlı <span style="color:red;">YENİ MƏLUMAT : <span style="color:red;">"Bu, müəmmadır"
11 oktyabr 2019 17:02 (UTC +04:00)

Transformatorda baş verən DƏHŞƏTLƏ bağlı YENİ MƏLUMAT: "Bu, müəmmadır"

"Azyaşlının səhhətində hər hansı irəliləyiş yoxdur".
 
5 saylı şəhər kliniki xəstəxananın yanıq şöbəsindən Lent.az-a verilən məlumata görə, 9 yaşlı Əliyeva Zəhranın durumu orta ağır olaraq qiymətləndirilir. Şöbədən azyaşlının reanimasiyada olduğu və səhhətində hər hansı irəliləyiş olmadığı bildirilib.
 
"Azərişıq"ın mətbuat katibi Tanrıverdi Mustafayev isə hadisə ilə bağlı Lent.az-a münasibət bildirərkən bütün transformator məntəqələrinin qapısının bağlı olduğunu bildirib. O, bildirib ki, bütün elektrik transformator məntəqələri kənar şəxslərin girişi üçün tam qapalıdır. Hətta məntəqənin ətrafına da hasar çəkilib. Qurum rəsmisi bu cür qapalı olan yerə azyaşlının necə girdiyinin müəmmalı olduğunu bildirib.
 
saat: 13:19
 
9 yaşlı uşağın transformatorda yanması ilə bağlı "Azərişıq"ın rəsmiləri hadisə yerinə gəliblər.
 
"Azərişıq" ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayevin Lent.az-a bildirdiyinə görə, qurumun rəsmi şəxsləri hadisə yerinə gəliblər. Hazırda hadisənin necə baş verməsi və digər təfərrüatlar araşdırılır.
 
saat: 11:47
 
"Transformatora girib yanan 9 yaşlı uşağın həyati təhlükəsi böyükdür".
 
Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən 9 yaşlı Əliyeva Zəhra Bayram qızının 5 nömrəli şəhər kliniki xəstəxanasının yanıq şöbəsinə yerləşdirildiyi bildirilib. Verilən məlumata görə, azyaşlının vəziyyəti kritikdir, həyati təhlükəsi qalmaqda davam edir.
 
Qeyd edək ki, dünən 18:30-da Bakıda azyaşlı elektrik transformatorunda yanıq xəsarətləri alıb.
 
Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, hadisə paytaxtın Nizami rayonu, Babək prospektində, "Azərişıq" ASC-nin Nizami Regional Enerji Təchizatı və Satışı İdarəsinin 6 min kv gərginliyində Komplektləşdirilmiş Transformator Məntəqəsində baş verib.
2010-cu il təvəllüdlü Əliyeva Zəhra Bayram qızı açıq qapıdan məntəqənin içərisinə daxil olaraq gərginliyə toxunub. Nəticədə Z.Əliyevanın sol yuxarı ətrafı, sol ayağının baş barmağı, sağ baldırı yanıb. Yaralı 3-cü və 4-cü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı Nizami rayon prokurorluğunda araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7334
avatar

Mehman Nəbiyev

Oxşar yazılar