<span style="color:red;">"Yenə də heç nə alınmadı"  - məşhur bloger piketdən yazdı
09 oktyabr 2019 16:41 (UTC +04:00)

"Yenə də heç nə alınmadı" - məşhur bloger piketdən yazdı

Dünən Milli Şura Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) binası ətrafında piket keçirdi. Siyasi tələb isə o idi ki, aksiyaların paytaxtın mərkəzi meydanlarında keçirilməsinə icazə verilsin.

 

Bu piketdən sonra, aksiya ilə bağlı sosial şəbəkələrdə müxtəlif rəylərlə qarşılaşdıq. Onlardan biri də məşhur jurnalist və bloger İsmayıl Cəlilova aiddir:

 

 

"Yenə millətin gözləntiləri çəkildi dağ başına, yenə də heç nə alınmadı. İndi növbəti tarixi gözləyək. Bu mübarizə üsulu dəyişməlidir, və tez. Məhdud "aksiyalar" camaatın gözləntilərini yenə də doğrultmayacaq, insanların gözündə bunları boş bir üsula çevirəcək.

 

Nə oldu? Hökumət yenə öz gücünü və AXCP simasında bütün müxalifətin gücsüzlüyünü gözümüzə soxdu. Bu bir tanqodur və tanqoda qaliblər olmur, amma olsaydı, iqtidar yenə qalib gəlmiş olardı".

 

 

Sonda İsmayıl Cəlilov öz acı təcrübəsindən izləyicilərinə bir məsləhət verir: "İsti içki içərkən, Əli bəyin çıxışlarına baxmayın. İndi özümdən asılı olmayaraq bir gülmək güldüm ki, ağzımdakı çay dağıldı yana-yörəyə. İndi gəzirəm ekranı-zadı silirəm". 

 

O, Əli Kərimlinin hansı sözünə güldüyü ilə bağlı foto da paylaşıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1156

Oxşar yazılar