Məhkumla görüşə gedənlər: siz də həbs oluna bilərsiniz - <span style="color:red;">SƏBƏB
15 oktyabr 2019 13:18 (UTC +04:00)

Məhkumla görüşə gedənlər: siz də həbs oluna bilərsiniz - SƏBƏB

Həbsxanaya ayaqqabının içərisində mobil telefon və daha nələr keçirmək istəyən xeyli insanlarımız var.
 
Penitensiar Xidmət tez-tez bu cür məlumatlar yayır. Məhkumlarla görüşə gələn ailə üzvlərinin, qohum-əqrabalarının bəzisi sovqatın, yeməyin içərisində narkotik maddə, kimisi də qeyd etdiyimiz kimi ayaqqabının içərisində həbsxanalarda istifadəsinə icazə verilməyən əşyalar gətirirlər. Hətta bir müddət öncə, xidmətin əməliyyat qrupu görüşə gələn qadının ayağına bıçaq bağlayıb gətirdiyini də aşkar etmişdi. Görəsən, cəzaçəkmə müəssisələrinə, yaxud istintaq təcridxanalarına qadağan olunmuş əşyaları gətirənləri hansı cəza gözləyir?
 
 
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polkovnik Mehman Sadıqov Lent.az-a həbsxanaya gətirilən qanunda nəzərdə tutulmayan əşyaya, yaxud narkotikə görə təyin olunacaq məhkumun cəza müddətinə təsir edir.
 
“2007-ci ildə Milli Məclisdə Cinayət Məcəlləsinə 317.1-ci maddə əlavə olunub. Həmin maddə istintaq təcridxanaları və ya cəzaçəkmə müəssisələrinə qadağan olunmuş əşyaların gətirən və zor tətbiq etməklə dustaqların sağlamlığına ziyan vuran şəxslərin məsuliyyətə cəlb olunmasını nəzərdə tutur. Görüş zamanı gətirilən qadağan olunmuş əşya məhkəmə tərəfindən qiymətləndirilir. Əşyanın növündən asılı olaraq, onu gətirən şəxsə hökm oxunur. Məhkəmə, məsələn, gətirilən narkotik maddələrin heroin, marixuana və.s olmasını nəzərə alaraq 317.1-ci maddədə nəzərdə tutulan cəza müddətini təyin edir”.
 
 
Mehman Sadıqovun da dediyi kimi, bəhs etdiyimiz cinayət əməli Cinayət Məcəlləsinin “Cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalarının normal fəaliyyətini pozma” haqqında 317-ci maddəsində göstərilib. Maddənin 317-1.1-ci maddəsinə əsasən, cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülən şəxslər min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bundan əlavə, 317-2.1-ci maddəyə əsasən, qadağan olunmuş əşyaların məhkumlar tərəfindən hazırlanması, saxlanılması və ya gəzdirilməsi aşkar edildikdə həmin şəxsə 6 ay əlavə cəza təyin olunur. Eyni əməl təkrar törədildikdə 317-2.2-ci maddəyə görə, şəxsə 2 ilədək həbs cəzası hökmü oxunur.
# 3867
avatar

Mehman Nəbiyev

Oxşar yazılar