Niyam “Maşın”dan kimi çıxardı?
06 oktyabr 2019 09:35 (UTC +04:00)

Niyam “Maşın”dan kimi çıxardı?

Dünən axşam “Maşın” realiti şousunda səsverməyə müğənni Niyam Salami çıxıb.
 
O, əvvəlcə hədəfini açıqlamasa da, sonradan Kərim Abasovu oyundan çıxardığı üçün həmkarı Nazim Pişyarini “Maşın”dan uzaqlaşdıracağını deyib. Nazim isə əlini çəkərək, yarışmadan uzaqlaşıb.
 
Şounun gedişi zamanı meyxanaçı Aqşin Fateh özünü hədəf seçdiyi üçün Niyamın “Getsin”inə səs istəyib.
 
Səsvermə vaxtı tərəflər arasında gərginliklər yaşanıb.
 
Sonda Niyam Salami 54,18 faiz səs toplayaraq, qalib gəlib. O, şoudan meyxanaçı Aqşin Fatehi kənarlaşdırıb.
 
(Axşam.az)
# 1441
avatar

Oxşar yazılar